Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Medalları elə payladılar, sanki biabırçı məğlubiyyətimiz olmayıb"-Asatryan

"Medalları elə payladılar, sanki biabırçı məğlubiyyətimiz olmayıb"-   Asatryan
Qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senor Asatryan Ermənistan rəhbərliyinin İkinci Qarabağ müharibəsinə görə medal paylama kampaniyasını tənqid edib.
Yenixeber.org: O qondarma rejimin adına təsis edilmiş "Artsax” Qəhrəmanı" adlı medalın məğlub ordu nümayəndələrinə verilməsini absurd bir şey kimi qiymətləndirib:

“Bu medal 1997-ci ildə, ilk Qarabağ müharibəsinin bitməsindən üç il sonra təsis edildi. 2020-ci ilədək- sentyabr ayına kimi bu ada 28 nəfər layiq görülmüşdü. Ordu quruculuğu, xüsusi xidmətlər, Seysulan əməliyyatı və s. xidmətlər səbəbindən. 27 sentyabrda başlayan yeni Qarabağ müharibəsi isə kapitulyasiya aktının imzalanması, böyük ərazilərin təhvil verilməsi ilə nəticələndi. Amma yenə də medallar verildi...”

Asatryan yanğılı şəkildə onu da qeyd edib ki, bütün bunlara digər qəhrəmanlıq adları, medallar əlavə edilsə, belə təəssürat yaranır ki, ermənilərin biabırçı məğlubiyyəti yox, “böyük qələbəsi” baş tutubmuş... “Bu nə absurd idarəçilikdir? Bir neçə həftəlik məğlubiyyətdən və böyük ərazilərin təhvil verilməsinin ardınca əvvəlki, qələbəmiz olan illərdəki qədər qəhrəman adı almağa dəyərmi?”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam