Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəlilabadda -şəhid əsgər dəfn edilib

Cəlilabadda şəhid əsgər dəfn edilib

Cəlilabad rayonunda şəhid əsgər Bilal Novruz oğlu Rzayev dəfn olub.

Yenixeber.org: Onun nəşi doğulduğu Alar kəndindəki qəbiristanlıqda uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.

Tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib.

14:30

Cəlilabad rayonunda şəhid əsgər Bilal Novruz oğlu Rzayevlə vida mərasimi keçirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, doğulduğu Alar kəndindəki evində baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və yaxınları iştirak edirlər.

Şəhid Alar kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, B.Rzayev 1997-ci ildə Cəlilabad rayonunun Alar kəndində doğulub. Sentyabrın 28-də Cəlilabad rayonundan könüllü olaraq orduya yola salınmışdı.

Allah rəhmət eləsin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam