Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tahir Salahova orden verildi

 

Xalq rəssamı Fransanın “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib

"Xeberinfo.com":  Azərbaycanın xalq rəssamı, dünya şöhrətli sənətkar Tahir Salahov Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
AzərTAc-a istinadən məlumata görə, bu münasibətlə bu gün İçərişəhərdə, Tahir Salahovun ev muzeyində təqdimat mərasimi keçirilib.
Hökumət rəsmilərinin, Bakıdakı diplomatik korpusun nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Paskal Menye bildirib ki, Tahir Salahov öz əsərləri ilə Qərb və Şərq arasında körpü yaradan sənətkarlardandır. O, özünəməxsus tərzdə - boyaların dili ilə Fransa xalqının da qəlbini fəth edib. Rəssam Parisdə təşkil edilən sərgilərində Azərbaycan xalqının malik olduğu yüksək mədəni dəyərləri bir daha qərb tamaşaçılarının diqqətinə çatdırıb.
Diplomat deyib ki, sənətkarın əsərlərinə qiymət verən fransız modelyeri Pierre Kardin öz məqaləsində rəssamı tarixdə böyük iz qoyacaq sənətkar kimi dəyərləndirərək, onun əsərlərində xüsusi bir reallıq olduğunu vurğulayıb.
Paskal Menye deyib: “Biz bu yüksək mükafatı Tahir Salahova Fransada təqdim etmək niyyətində idik. Lakin sənətkar israrla burada, Bakıda təqdim olunmasını istədi. Bu, bir daha onun doğma yurda bağlılığını, Azərbaycana sevgisini göstərir”.
Səfir Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Şərəf Legionu” ordenini Tahir Salahova təqdim edib.
Tahir Salahov da öz növbəsində səfirə və Fransa dövlətinin başçısına minnətdarlığını bildirib.
Dünya şöhrətli rəssam deyib: “İlk dəfə 1963-cü ildə Fransada təşkil edilən sərgidə gənc rəssam kimi iştirak etməyimə baxmayaraq əsərlərim sevildi. Dünya şöhrətli bəstəkar Qara Qarayevin portreti xüsusi maraqla qarşılandı”.
Sənətkar bildirib ki, bu gün məhz burada toplaşmağımıza səbəb Bakının ürəyi sayılan qədim İçərişəhərdir. Çünki İçərişəhərdə M.Lermontov, A.Düma, M.Rostropoviç, P.Kardin kimi neçə-neçə bənzərsiz söz və incəsənət xadimləri olub. Bu baxımdan da təqdimatın burada təşkili mənim üçün olduqca əhəmiyyətlidir.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Tahir Salahov bu mükafatı təkcə özünə yox, bütövlükdə Azərbaycan təsviri sənətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam