Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qırğızıstanda növbədənkənar prezident seçkiləri -yanvarın 10-na təyin olunub

Qırğızıstan prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi 2021-ci il yanvarın 10-na planlaşdırılıb.

Yenixeber.org: Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb. Ölkə qanunvericiliyinə əsasən, növbədənkənar prezident seçkiləri dövlət başçısının istefasından sonra üç aydan gec olmayaraq keçirilməlidir.

Xatırladaq ki, Qırğızıstanda oktyabrın 4-də keçirilən seçkilərdən sonra parlamentə daxil ola bilməyən partiyaların nümayəndələri Bişkekdə kütləvi etiraz aksiyaları təşkil edib. Nəticədə ölkənin Baş naziri Kubatbek Boronov və parlamentin spikeri Dastanbek Cumabekov istefaya getmək məcburiyyətində qalıb. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini ləğv edib və təkrar parlament seçkiləri bu il oktyabrın 21-nə təyin olunub.

Parlamentin spikeri postuna Kanat İsayev, Baş Nazir postuna isə etirazçıların həbsdən azad etdiyi Sadır Japarov seçilib. Oktyabrın 15-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov da istefa verib və dövlət başçısı səlahiyyətləri Sadır Japarova keçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam