Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan və İran XİN başçıları telefonla danışıb

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı bağ tutub.

Yenixeber.org: XİN-dən verilən məlumata görə, C.Bayramov bölgədəki son vəziyyət ilə bağlı İranlı həmkarını məlumatlandırıb. O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir. Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olmuşdur. Nazir, bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd etdi.

Nazir Ceyhun Bayramov, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğuladyıb.

Nazir Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam