Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Layiqli cəzalarını alacaqlar” -Kürdəmirin deputatı

“Kürdəmir əhalisinin, RİH-nin vəzifəli şəxsləri tərəfindən rüşvət alınması, dövlət əmlakının ələ keçirilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı qeyd olunan faktlar təsdiqini tapmış və 19.08.2020-ci il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıb”.
Yenixeber.org: Bunu 57 saylı Kürdəmir seçki dairəsinin deputatı Əminə Ağazadə “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, icra başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikası CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir. Hazırda həmin faktla əlaqədar tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.

“Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü kimi təəssüf hissi ilə bildirirəm ki, ölkədə davam edən korrupsiya ilə radikal mübarizə tədbirlərinə baxmayaraq, deputat seçildiyim Kürdəmir rayonunda da bu kimi neqativ hallar baş vermişdir. Ancaq əminliklə bildirirəm ki, güclü dövlət, şəffaf idarəçilik sistemi naminə bundan sonra da korrupsiya ilə əlaqədar hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar kəsərli tədbirlər davam etdiriləcək və təqsirli şəxslər öz layiqli cəzalarını alacaqlar”-deputat əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam