Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sənəd qəbulu və imtahanların tarixi nə vaxt elan ediləcək? - AÇIQLAMA


“Hazırda biz ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının tarixi barədə heç nə deyə bilmərik. Çünki imtahanların tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır”. Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova AZTV-nin efirində deyib.

Yenixeber.org: Onun sözlərinə görə, xüsusi karantin rejimi bitdikdən sonra DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun, qəbul və buraxılış imtahanlarının tarixləri elan ediləcək:

“DİM ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu hər zaman onlayn şəkildə keçirir. Biz hazırda sənəd qəbulunu həyata keçirə bilərik, ancaq sənəd qəbulu zamanı elə bir kontingent olur ki, onlar mütləq sənəd qəbulu komissiyasına gəlməlidirlər.  

Məsələn, bir şəxs xaricdə orta təhsil alıb, təhsilini Azərbaycanda davam etdirmək istəyir. Bu barədə məlumat da bizim bazada mövcud olmur. Onlar sənədləri qəbul etməlidirlər. Belə abituriyentlər Azərbaycanın ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənədlərini komissiyaya təqdim etməlidirlər”.

“Bunun üçün biz gözləyirik ki, xüsusi karantin rejimi bitsin”, - deyə şöbə müdiri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam