Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda - ali təhsil alan əcnəbilərin sayı açıqlandı

Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı açıqlandı
2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb.

Yenixeber.org: Təhsil Nazirliyindən verilən məlumata görə, ölkələr üzrə əcnəbi tələbələr sırasında ilk yeri Türkiyə tutur. Ötən tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türkiyəli tələbələrin sayı 2175 nəfər olub.
Bundan əlavə, Azərbaycanda təhsil alan əcnəbi tələbələr sırasında İran (809), Rusiya (635), Gürcüstan (591), İraq (420), Pakistan (196), Türkmənistan (178), Banqladeş (153), Çin (104), Nigeriya (91), Qazaxıstan (62), Suriya (60), Hindistan (58), Özbəkistan (45), İordaniya (37), Ukrayna (35), Şri Lanka (35), Fələstin (32), Əfqanıstan (28), ABŞ (26), Nepal (21), Yəmən (17), Koreya (17), Sudan (14) İsrail (14) və digər ölkələrin (151) vətəndaşları olub.

Avstriya, Baham Adaları, San-Tome və Prinsipi, Bolqarıstan, Çexiya, Çili, Ekvador, Eritreya, İsveçrə, Keniya, Kolumbiya, Lesoto Krallığı, Liberiya, Litva, Liviya, Malayziya, Mavriki, Mavritaniya, Mərakeş və Tailanddan olan tələbələr də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam