Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gələn həftədən - peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

 

"Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır".

Yenixeber.org:  Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il də sənəd qəbulu "ASAN Xidmət"lə əməkdaşlıq çərçivəsində keçiriləcək: "ASAN Xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə sənəd qəbulunun müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur". 

A.Əlili qeyd edib ki, 2019-2020-ci tədris ilində 145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək: "Bunlardan 23-ü tam yeni ixtisaslardır. Onlardan 14-ü peşə təsnifatına yeni daxil edilib. 9-u isə təsnifatda olub indiyə kimi tədris olunmayan ixtisaslar idi. Ümumilikdə isə yeni tədris ilində tədris proqramları və kurikulum əsasında dərslər keçiriləcək. Əsas sənaye və innovasiyalar sahələri üzrə kadr hazırlığı nəzərdə tutulur".

"ASAN Xidmət"in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev isə vurğulayıb ki, sənəd qəbulu prosesinə mərkəzin 120 könüllüsü cəlb olunacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam