Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kolleci bitirənlər ali məktəblərə imtahansız daxil ola biləcəklər -YENİ QAYDALAR

 

Kolleci bitirənlər ali məktəblərə imtahansız daxil ola biləcəklər - YENİ QAYDALAR

Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.

Yenixeber.org: Hökumətdəki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.

Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.

Yeni qaydalar layihəsində bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili pilləsinə köçürülməsi məsələsi də öz əksini tapıb. Layihədə bu prosedurun sadələşdirilməsi, belə tələbələrin ali məktəbdə topladığı kreditlərin kollecə qəbul zamanı nəzərə alınması nəzərdə tutulur.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam