Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllimlərin imtahan vaxtı açıqlandı-26 may – 2 iyun tarixlərində

Müəllimlərin imtahan vaxtı açıqlandı
Cari ilin 26 may – 2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Yenixeber.org: Təhsil Nazirliyindən verilən xəbərə görə, diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat istifadəçilərin şəxsi səhifələrinə göndəriləcək.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək.

Namizədlərdən imtahan keçiriləcək ünvana (Azərbaycan Texniki Universiteti, Ayna Sultanova küçəsi 5, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığı) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam