Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“1 bağça, 1 məktəb, 1 universitet" maarifləndirici pilot layihəsinə start verilib

 

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsinə başlayıb

 

Yenixeber.org: Bu barədə AQTA-nın Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Layihənin məqsədi məktəbəqədər şagirdlər, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.

Layihə çərçivəsində AQTA-nın əməkdaşları Heydər Əliyev Fondunun təsis etdiyi Zərifə Əliyeva adına Uşaq bağçasında olub.

Bağçada gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan AQTA əməkdaşları daha sonra məktəbəqədər şagirdlərə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçiblər.

Uşaqlarla maraqlı və interaktiv oyunlar təşkil olunub, məktəbəqədər şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanılıb. Layihə iştirakçılarına Agentliyin sertifikatları təqdim olunub. Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam