Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

DİM məlumat yaydı –boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu

DİM məlumat yaydı –

 

Yenixeber.org: Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumatda deyilib.

 

Bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

 

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3411 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1209 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

 

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaqdır.

 

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 8-dən 13-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam