Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... -SUSDURMAQ İSTƏYİRLƏR...



Əzilən tələbələri müdafiə etdiyinə görə təqib olunduğunu deyən müəllim Aysel Quliyeva yenidən NDU rəhbərliyinin hədəfinə düşüb. Universitetin vəzifəlisi Abbas Əhmədov ləyaqətini alçatmaqda ittiham etdiyi keçmiş müəllimi yenidən məhkəməyə verib.
Yenixeberorg.com: Onun şikayət ərizəsi bundan əvvəlki məhkəmə çəkişməsində iki dəfə uduzduğu ittiham mətninin eynisidir. Bu dəfə fərq isə müəllimin cəzalandırılması ilə yanaşı, mənəvi zərərə görə ondan 20 min manat təzminat tələb etməsidir.
Aysel Quliyeva “Gündəlik Naxçıvan”a bildirib ki, bu iddia ondan qisas almaq məqsədi daşıyır:
“Naxçıvan Dövlət Universitetində qarşılaşdığım vəziyyət elm deyil, şəxsi ambisiyalar və hüquqsuzluq idi. Bir il ərzində məni işdən uzaqlaşdıran, maaşsız qoyan rəhbərlik indi də mənə qarşı 20 min manatlıq mənəvi təzminat iddiası qaldırıb. Bu, ədalət axtarışı yox, susdurma cəhdidir.
10 aydır gəlirsiz və borc içində olan birindən bu məbləğin tələb olunması absurddur. Mənim nə evim, nə maşınım var – tək sərvətim biliyimdir. Bu məsələ əslində mənə yox, gənc kadrlara qarşı münasibətə aiddir.
Bir ildən çoxdur məni məhkəmələrlə yormaq, maddi və mənəvi cəhətdən sarsıtmaq istəyirlər. Amma haqqımı sona qədər müdafiə edəcəyəm.”
Ötən ilin sentyabrında “Gündəlik Naxçıvan” NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yayıb. Müraciətdə dekan müavini Abbas Əhmədovun tələbələri döydüyü və təhqir etdiyi iddia olunurdu. Tələbələr bildirirdilər ki, universitet rəhbərliyi onu cəzalandırmaq əvəzinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxarıb.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Şikayət olunan şəxs – Aysel Quliyevanın isə həmin müraciətin yayılması ilə heç bir əlaqəsi olmayıb. Buna baxmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva şikayəti icraata götürmüşdü. Məsələ ictimailəşdikdən sonra bu addım ciddi ictimai qınağa səbəb olmuş, hakim isə ilk iclasda işə baxmaqdan imtina etmişdi.
Daha sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova verilmişdi. O isə şikayəti əsassız hesab edərək işə xitam vermişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam