CƏLİLABADDA BAŞ HƏKİM ÖZBAŞINALIĞI-Şikayət
Elnur Azadxanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunandan şikayətlər səngimir
Yenixeber.org: Redaksiyamıza daxil olan şikayət məktubunda məlumat üçün xatırladılır ki, Elnur Azadxanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına əvvəl pediatr kimi göndərilib. Bundan sonra o, kurs keçərək nevropatoloq ixtisasına yiyələnib. Növbəti kursdan sonra isə kardioloq ixtisasını seçib.
Beləliklə, qısa müddətdə üç ixtisas dəyişən E.Azadxanov 2009-cu ildən Cəlilabad Diqanostika Mərkəzində kardioloq kimi işə başlayıb. Onun əsas vəzifələrindən biri anju olunmaq üçün bütün xəstələri Bakı şəhərinə göndərməkdən ibarət olub və bu yolla xəstələrdən müəyyən məbləğdə "faiz" alıb.
Bu ilin mart ayında Astara Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan Elnur Azadxanov bir həftə sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim göndərilib. Bu təyinat isə CRMX-nin bütün tibbi heyətini təəccübləndirib. Sıradan bir tibb işçisinin birdən-birə baş həkim təyin edilməsi xəstəxananın təcrübəli həkimlərini hətta məyus edib.
Beləliklə, qısa müddətdə üç ixtisas dəyişən E.Azadxanov 2009-cu ildən Cəlilabad Diqanostika Mərkəzində kardioloq kimi işə başlayıb. Onun əsas vəzifələrindən biri anju olunmaq üçün bütün xəstələri Bakı şəhərinə göndərməkdən ibarət olub və bu yolla xəstələrdən müəyyən məbləğdə "faiz" alıb.
Bu ilin mart ayında Astara Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunan Elnur Azadxanov bir həftə sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim göndərilib. Bu təyinat isə CRMX-nin bütün tibbi heyətini təəccübləndirib. Sıradan bir tibb işçisinin birdən-birə baş həkim təyin edilməsi xəstəxananın təcrübəli həkimlərini hətta məyus edib.
Baş həkim təyin olunan gündən isə E.Azadxanov xəstəxananın ayrı-ayrı şöbələrində həkim çatışmazlığını nəzərə alıb kadrlar yerləşdirmək əvəzinə, vəzifəli şəxsləri vəzifədən kənarlaşdırmaqla, yaxud yerini dəyişməklə məşğul olmağa başlayıb. Məsələn, Elnur Azadxanov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinin müdiri Əsmər Mustafayevanı işdən kənarlaşdırıb və onun yerinə Cəlilabad Diaqnostika Mərkəzinin fəhlə ştatında adı gedən Səyyad Hüseynovu təyin edib.
Eləcə də, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş təsərrüfat müdiri Ramiz Cəfərovu vəzifədən azad edərək onun yerinə Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsü Mərifət adlı şəxsi gətirib.
Baş həkimin "kadr dəyişmə əməliyyatı" bununla bitmir. Belə ki, Elnur Azadxanov baş həkim təyinatından az sonra xəstəxananın reanimasiya şöbəsinin şöbə müdiri Şəmsəddin Bünyatovun yerinə Cəlilabad Diaqnostika Mərkəzinin həkimi Sənan Rzayevi gətirib. Cərrahiyyə şöbəsinin müdiri Tosif Qasımovun yerinə isə yeni şöbə müdiri təyin edib.
Elnur Azadxanov Cəlilabad Diaqnostika Mərkəzinin baş həkimi Eldar Hacıyevin yerlisidir və onun vəzifəyə irəli çəkilməsində E.Hacıyevin müstəsna xidmətləri olduğu bildirilir. Mərifət adlı şəxs də Elnur Azadxanova yaxınlığı ilə tanınır və rayonda onu baş həkimin “dəllal”ı adlandırırlar.
Şikayət məktubunda daha sonra bildirilir ki, hazırda digər şöbə müdirlərinin də dəyişilməsi gözlənilir. Müdirlərinin əvəzlənəcəyi ehtimal olunan şöbələr isə CRMX-nin terapiya şöbəsi, doğum evi, poliklinika və digərləridir.
Bundan əlavə, Elnur Azadxanova reanimasiya şöbəsinin təcrübəli tibb bacıları G.Ağayeva, L.Həsənova, G.Abdullayeva və S.Bağırovanı xəstəxananın təcrübəsiz işçiləri ilə əvəz edib.
Baş həkimin qohumlarını və yerlilərini yeni iş yerlərinə dəyişdirməsi birmənalı qarşılanmır. Şikayət məktubunda o da bildirilir ki, gecə saatlarında idman formasında xəstəxanaya gələn baş həkim şöbələri gəzərək, tibb bacılarına "mənimlə kim işləmək istəyirsə, şərtlərimlə razılaşmalıdı" xəbərdalığını edib. Şərtlərin nədən ibarət olduğu barədə isə növbəti yazımızda bəhs edəcəyik.
Cəlilabad rayonda koronavirus pandemiyasına növbəti dəfə yoluxma hallarının çoxalmasına səbəb isə karantində olan xəstələrə həkimlərin maskasız, kombinezonsuz xidmət etmələri olub. Bu barədə bir müddət öncə mətbuat da yazmışdı…
Şikayətlə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanovun mövqeyini örənmək cəhdimiz alınmadı. Baş həkimlə əlaqə saxlayıb məsələ ilə əlaqədar mövqeyini öyrənməyə çalışacağıq.(təzadlar)
(Davamı var)
AZAD