Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş prokurorun əmri narazılıq yaratdı

 

Baş prokuror Zakir Qaralovun prokurorluq işçilərinin imtahan edilməsilə bağlı əmri narazılıq yaradıb. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Azadlıq” qəzeti xəbər yayıb. Bu barədə redaksiyaya daxil olan məlumatda deyilir ki, prokurorluq işçiləri üçün 5 ildən bir attestasiya nəzərdə tutulur. Lakin bundan əlavə prokurorlar iki ildən bir test imtahanı verməlidir. Məlumatda deyilir ki, test imtahanın vaxtı yay aylarına təsadüf etsə də, Zakir Qaralovun əmri ilə qabağa çəkilərək mart ayına salınıb. İmtahan vaxtının qabağa çəkilməsi izah olunmasa da, ehtimal edilir ki, bu, olimpiya oyunları ilə bağlıdır. 

Məlumatda deyilir ki, prokurorluq işçilərinin narazılığı sualların həddən artıq çox olması ilə bağlıdır. “İşçilər həmçinin attestasiyanı əsas gətirib test imtahanına lüzum görmürlər. Doğrudan da attestasiya varsa, iki ildən bir ölkə üzrə bütün prokurorluq işçilərinin Bakıya çağırıb imtahan etmək məntiqə sığmır”, - deyə məlumatı verən mənbə bildirib.

Hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında bildirib ki, prokurorluq işçilərinin imtahan edilməsi qanunsuzdur: “Prokurorluq haqqında” qanunda prokurorluq işçilərinin 5 ildən bir attestasiyadan keçməsi göstərilir. Istər “Prokurorluq haqqında” Qanunda, istərsə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda test imtahanı barədə yazılıb. Deyilənlərə görə, bu qaydanı baş prokuror müəyyən edib. Lakin məsələ burasındadır ki, qanun baş prokurora belə bir səlahiyyəti vermir. Ona görə də prokurorluq işçilərinin imtahan edilməsi qanunsuzdur. Digər tərəfdən “Prokurorluq haqqında” Qanunda, elə konstitusiyada da göstərilir ki, prokurorluq işçiləri qanun qarşısında bərabərdir. Bu baxımdan adi prokuror işçisi imtahan verirsə, baş prokuror da bu imtahandan keçməlidir".  

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məsələ ilə bağlı bunları deyib: “Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi Baş Prokurorluq üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalara uyğun olaraq yoxlanılır və bu prokurorluğun daxili işidir. Ona görə də hesab edirəm ki, narahatçılığa və narazılığa hər hansı bir əsas yoxdur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam