Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

149 Azərbaycan vətəndaşı BƏƏ-dən Bakıya yola salındı - FOTO

149 Azərbaycan vətəndaşı BƏƏ-dən Bakıya yola salındı - FOTO
Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarəti ilə koronavirus (COVID-19) pandemiyası səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə qayıtmaq üçün qeydiyyata düşmüş 317 nəfər Azərbaycan vətəndaşından vəziyyəti ən kritik olan 149 nəfəri BƏƏ-nin “Flydubai” kommersiya aviaşirkətinin təyyarəsi ilə aprelin 28-də Bakıya yola salınıb. Onlardan 15 nəfərinin təyyarə bileti dövlət hesabına ödənilib.
Yenixeber.org: Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən verilən məlumata görə, ölkəyə yola salınmış vətəndaşlarımızdan ən ciddi ehtiyacı olan 75 nəfəri bundan əvvəl martın 22-dən etibarən Prezident İlham Əliyevin xüsusi tapşırığı və Dubaydakı Baş Konsulluğumuzun təşkilatçılığı ilə dövlətin ayırdığı vəsait hesabına Dubayın “Hampton by Hilton” otelində yerləşdirilib və onlar gündə iki dəfə yeməklə təmin olunublar.



Dubay Beynəlxalq Hava Limanından Azərbaycana yola düşən vətəndaşlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu çətin vaxtlarda onlara göstərdikləri diqqət və qayğıya, həmçinin Vətənə qayıtmalarına yaratdıqları imkana görə dərin minnətdarlıqlarını bildiriblər. Onu da qeyd edək ki, Azərbaycanın Dubaydakı Baş Konsulluğu Vətənə yola düşən vətəndaşlarımızın sayının çox olmasını nəzərə alaraq, Dubay Beynəlxalq Hava Limanında onların qeydiyyat prosesinin sürətləndirilməsi və maneəsiz keçmələri üçün yerli qurumlarla sıx əməkdaşlıq edib.



Həmçinin BƏƏ-nin müvafiq dövlət orqanları vətəndaşlarımızın təxliyəsi prosesində səfirliyə və Dubaydakı Baş Konsulluğumuza hərtərəfli yardım edib. Vətəndaşlarımız təyyarəyə minməzdən əvvəl hava limanında xüsusi olaraq COVID-19 testindən keçiblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam