Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sosial xidmət müəssisələrində çalışanların - iş rejimi dəyişdi

Sosial xidmət müəssisələrində çalışanların iş rejimi dəyişdi
Son vaxtlar bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi üçün tətbiq edilən xüsusi karantin rejimi şəraitində sosial xidmət müəssisələrində yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmininə diqqətin daha da artırılması mühüm əhəmiyyət kəsb edir.
Yenixeber.org: Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin və yoluxma riski yüksək olduğuna görə yaşlı insanların yeni növ koronavirus infeksiyasından qorunması, onların sağlamlığının etibarlı qorunması üçün mütəmadi olaraq bütün sosial xidmət müəssisələrində sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir, virus əleyhinə dezinfeksiya işləri aparılır, bütün sakinlər mütəmadi olaraq müayinələrdən keçirilir, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə maarifləndirici məlumatlar verilir.

Diqqətə çatdırılıb ki, xüsusi karantin rejimi dövründə sosial xidmət müəssisələrində çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb və onlar qurulmuş uzunmüddətli növbəli sistem əsasında fəaliyyət göstərirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam