Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mübariz Mənsimovun gəmiləri batır

 

Yük daşımaları üzrə dünyanın lider şirkətləridən olan “Palmali” özünün çətin dövrünü yaşayır

Ciddi maliyyə problemləri ilə üzləşmiş bu şirkətlər qrupunun stukturlarında dəyişikliklər ediləcəyi gözlənilir.
"Xeberinfo.com":  Məlumata görə, əsasən Rusiyanın daxili sularında yük daşımaları üzrə lider olar “Palmali” Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ciddi ziyan çəkir. Rusiyanın müxtəlif ticarət nişanlarının və xüsusən də neft məhsullarının dünyanın müxtəlif ölkələrinə daşınmasında aparıcı paya malik olan şirkət hazırda bu imkanlardan məhrum olunub və nəticədə də ciddi maliyyə çatışmazlığı ilə üzləşib. 
Məlumata görə, şirkət rəhbərliyi yaranmış situasiyanın vurduğu zərərin sarsıdıcı effekt verməməsi üçün müxtəlif yollar arayır. Bunlardan biri kimi isə “Palmali”nin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ofislərinin bir qisminin bağlanması nəzərdən keçirilir. Hazırda 20-dən artıq ölkədə nümayəndəliyi olan şirkət bunlardan yarısının fəaliyyətinə son vermək niyyətindədir. Bundan başqa, şirkətlər qrupuna daxil olan bütün kommersiya qurumlarında ciddi ixtisarlar aparılacağı da gözlənilir. Xərclərin minimuma endirilməsində qərarlı olan “Palmali”də digər dəyişikliklərə də əl atılacağı deyilir. Bundan başqa, şirkətlər qrupunun müxtəlif sosial layihələrdə iştirakına da hələlik son verildiyi bildirilir. 
Qeyd edək ki, rəsmi məlumatlara görə, Rusiya neftinin 75 faizini məhz “Palmali” daşıyıb.
azerfax.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam