Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllim olmaq istəyənlərin nəzərinə

 

2017-ci ildən sonra Azərbaycanda müəllim olmaq istəyənlər internaturadan keçməli olacaqlar

 

"Xeberinfo.com":  Trend-ə istinadən məlumata görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Yeni sənədə əsasən, 2016-2017-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi qaydaları hazırlanacaq və təsdiq ediləcək. Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistem hazırlanacaq və tətbiq ediləcək. 2018-ci ildə müəllimlər üçün yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlər təsdiq ediləcək.
2015–2016-ci illərdə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlər hazırlayacaq.
Sənəddə qeyd edilib ki, 2016-ci ildə Nazirlər Kabineti müəllimlər üçün yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərini təsdiq edəcək. 2017-ci ildən başlayaraq, mütəmadi olaraq, Təhsil Nazirliyi əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlər tətbiq edəcək.
2018-ci ildə isə Təhsil Nazirliyi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistem hazırlayacaq və tətbiq edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam