Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Binəqədidə "20 Yanvar" şəhidlərinin xatirəsi anılmışdır

 

        "Xeberinfo.com":  Yanvar ayının 19-da Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti  başçısı  Xaləddin İsgəndərov 20 Yanvar əlilləri və  şəhid ailələri ilə görüşmüşdür. Səmimi mühitdə keçən görüşdə icra başçısı bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirdi. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını qeyd etdi. Daha sonra “20 Yanvar Cəmiyyəti” Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev çıxış edərək, 20 Yanvar əlilləri və  şəhid ailələrinə göstərilən dövlət qayğısından danışdı, bu qayğıya görə ölkə rəhbərliyinə və onun tapşırıqlarını layiqincə yerinə yetirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirdi.

Görüşdən sonra Rayonun Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 25-ci  ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti  rəhbərliyi, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakini olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsinin bir dəqiqəlik sükut yad edildi. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışmışlar.

Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  İlqar Süleymanov  çıxış edərək   hadisəni Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə kimi səciyyələndirmiş SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsini zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu vurğuladı: “Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi səbatsızlığı  ucbatından hər hansı qiymət verilməyən hadisə məhz Ümummilli lider Heydər Əliyevin çağırışı, xalqın səsinə səs verməsi sayəsində dünya ictimaiyyətinə çatdırıldı. Ulu Öndər onu gözləyən bütün təhlükələrə, həyatına ola biləcək təhdidlərə rəğmən, əsl vətəndaşlıq nümunəsi göstərərək ağır günündə öz xalqının yanında oldu, onun səsinə səs verdi, Sovet İttifaqının dinc insanlara qarşı törətdiyi qırğını bütün çılpaqlığı ilə ifşa etdi”. İ. Süleymanov  həmçinin vurğuladı ki, 20 Yanvar faciəsini törətməklə xalqın iradəsini sındırmağa çalışan qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Əksinə, ölkəmizin hərtərəfli tərəqqiyə çatdığını və bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin azad, suveren dövlət kimi inkişafın və uğurun yüksək zirvəsində olduğunu xüsusi vurğuladı.

Sonra “20 Yanvar” cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə çıxış etdilər.

 Daha sonra tədbir bədii qiraət ustalarının ifasında istiqlal mübarizəsi tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar hadisəsini tərənnüm edən şeirlərin oxunması ilə davam etmişdir. Anım mərasimi tədbir iştirakçıları və rayon ictimaiyyətinin “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyması və şəhidlərin ruhuna öz ehtiramlarını bildirmələri ilə yekunlaşmışdır.
































Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam