Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Nar”-dan- abunəçilərə operativ və keyfiyyətli müştəri xidmətləri

 


 

Hər bir abunəçisinin tələbinə  xüsusi diqqət yetirən “Nar” müştərilərə fərdi yanaşmanı yüksək səviyyədə təmin edir.

Yenixeber.org:  Təqdim etdiyi məhsullar, yüksək sürətli şəbəkə ilə yanaşı, mobil operator istifadəçilərinə müxtəlif platformalar vasitəsilə keyfiyyətli müştəri xidməti göstərməkdədir. 6 ay ərzində 777  Cağrı Mərkəzinə 4.2 milyon zəng daxil olub ki, onlara ortalama 23 saniyə ərzində cavab verilib. “Nar”-ın yüksək keyfiyyətli xidməti nəticəsində Cağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i onlara göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. 2019-cu ilin ilk 6 ayı  ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə isə 115 mindən çox müraciət daxil olub. Daxil olmuş müraciətlərin 95%-i “Nar“ın sosial media komandası tərəfindən 1 dəqiqə ərzində cavablandırılıb. 

 

Müştəri yönümlü strategiyasının davamı olaraq təqdim edilən və müştəri xidməti funksiyasını reallaşdıran “Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.

 

Abunəçilərinin etibarlı tərəfdaşı kimi “Nar”-ın həyata keçirdiyi müştəri yönümlü strategiyası müştəri məmnuniyyətinin artımına da səbəb olub. Abunəçilərinə göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq “Nar” mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.

 

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam