Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şirməmməd Hüseynovla vida mərasimi keçirilir -BDU-da

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Yenixeber.org: Vida mərasimi ilə bağlı Universitetin əsas binasının dəhlizlərindən qara və yaşıl parçalar asılıb.

Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülüb.

Mərasimdə BDU rəhbərliyi, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam