Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BU ŞƏXSLƏR PENSİYA ALA BİLMƏYƏCƏK –İqtisadçı açıqladı

pensiya-bankomat-300x214

Vüqar Bayramov: “Müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik”

Yenixeber.org: “Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır”. İqtisadçı-alim Vüqar Bayramov “Facebook” statusunda belə yazıb.

O bildirib ki, bu dəyişikliklər bütün yaşlı şəxslərin pensiya almasına imkan vermir: “Məsələ ondadır ki, elə vətəndaşlarımız var ki, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək, hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da, pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq”.

“O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir” – deyə alim əlavə edib.

Qeyd edək ki, kənd yerlərində yaşanların əksəriyyətinin ümumiyyətlə fərdi hesabları belə yoxdur. Bu isə yaxın illərdə ölkədə əmək pensiyası alanların sayının kəskin şəkildə azalacağı deməkdir. Hökumətin bu sahədə  apardığı “islahatlar” faktiki olaraq, ölkədə yaşlı insanları əksəriyyətini dövlət qayğısından məhrum edir…  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam