Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nazirlik:Əlil işçilərə əmək məzuniyyəti istəklərinə uyğun vaxtda verilə bilər

 

Əlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq onlar üçün əlverişli vaxtda verilə bilər.

Yenixeber.org:  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsində növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir. Bu hüquq 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, müharibə veteranlarına, yaşı 18-dən aşağı olan işçilərə və Məcəllədə nəzərdə tutulan digər kateqoriyalardan olanlara da şamil olunur.

Eyni zamanda, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriliə bilər. Lakin bir sıra kateqoriyalardan olan işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam