Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Qala divarlarının dağıdılması xəbərinə cavab –FOTO

Burada heç bir söküntü işinin aparılması mümkün deyil. İçərişəhər Tarixi Memarlıq Qoruq İdarəsinin işi tarixi qala divarlarında, İçərişəhərdə tarixi abidələri qorumaq və onların saxlanılması üçün müntəzəm olaraq bərpa işləri aparmaqdır. Bizim burada apardığımız işlər ancaq bərpa ilə əlaqədardır.

Yenixeber.org:Məlumata görə, bu sözləri İçərişəhər Tarixi Memarlıq Qoruq İdarəsinin mətbuat katibi Rahib Azəri Real TV-nin canlı efirində son günlərin əsas müzakirə mövzusu olan İçərişəhərdə aparılan tikinti işləri ilə bağlı danışarkən deyib.

R.Azəri bildirib ki, sosial şəbəkələrdə paylaşılan söküntü işlərinin qala divarlarına aidiyyəti yoxdur. Sökülən bir neçə il öncə tikilmiş restoranın divarlarıdır:

“Divarlarda qədim dövrdən qalanın tikintisi zamanı istifadə edilən daşlarla birgə yeni daşlar görməyiniz də normaldır. Bunlar xüsusilə Sovet dövründə, daha dəqiq desək, 50-ci illərdə aparılan bərpa işləri zamanı əlavə edilən daşlardır. Fikir verirsinizsə, həmin daşların arasından kollar, yabani bitkilər də çıxıb. O daşlar əgər bu günlərdə əlavə edilsəydi və ya 3-4 il ərzində tikilmiş olsaydı, o bitkilər orada bitə bilməzdi.

Sosial şəbəkələrdə paylaşılan dağılmış ərazilər də var. Görünür ki, əvvəllər nə isə tikilib, daha sonra isə sökülüb. Çoxları bunu qala divarlarının bir hissəsi hesab edir. Lakin bu dağıntının, sökülən tikililərin qala divarlarına heç bir aidiyyəti yoxdur. Əvvəl həmin yerdə restoran olub, fikir verin, restoranın sonradan quraşdırılmış su boruları da görünür. Hazırda həmin restoran sökülüb”.

Yeri gəlmişkən bildirək ki, “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”sinin 4-cü "İnşaat-təmir işlərinin aparılması" haqqında bəndində deyilir: Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.

Qeyd edək ki, İçərişəhərin qala divarlarına son illər müdaxilələr edildiyi barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.(Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam