Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır

 

  

Yenixeber.org: “Nar”-ın yenilənmiş “Çünki, daha çoxuna layiqsən” şüarı müştərilərə fərdi yanaşma və müştəri yönümlü brend strategiyasını aydın şəkildə əks etdirir. Müştəri məmnuniyyəti və loyallığı “Nar” üçün prioritet hədəf olaraq qalır. “Azerfon”un Marketinq üzrə direktoru Qəhman Kazımov fins.az portalına geniş müsahibəsində bunu deyib. Məqsəd müştərilərin ehtiyaclarını qarşılamaq, keyfiyyətli xidmətlər təklif etməklə onların gündəlik həyatlarında daha çox dəyər yaratmaq və etibarlı tərəfdaş olmaqdır. “Nar”-ın məqsədlərindən biri müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Q.Kazımov musahibə zamanı “Nar”-ın əldə etdiyi nailiyytələr barədə də ətraflı məlumat verib. İnternet istifadəçilərinin sayı bu ilin 3 rübündə 29% artıb. Bu həm lokal, həm də qlobal bazarlarla müqayisədə yüksək nəticədir. Bundan başqa, 4G istifadəçilərinin sayı 300 mini keçib. Bu isə 2.1 milyon müştəri bazası olan oparator üçün yüksək nəticədir. Bundan başqa, Q.Kazımov məlumat verib ki, “Nar” müştəri məmnuniyyəti sahəsində də böyük nailiyyət əldə edib. Müştəri məmnuniyyəti göstəriciləri bu ilin ikinci rübündə, keçən illə müqayisədə 35% artıb.

“Azerfon”un Marketinq üzrə direktoru “Nar”-ın gələcək planları barədə də məlumat verib. “Full” paketlərinə bənzər paket təklifərinin say və çeşidinin artması gözlənilir. Gələcəkdə innovasiya sahəsində bir sıra yeniliklər olacaq. Bunlardan biri, mobil maliyyə sahəsində olacaq yeniliklərdir. Müştərilərə elektron balans və elektron nəzarət, yəni rəqəmsal nəzarət xidmətlərindən yararlanmaq imkanı veriləcək.

 

Qəhman Kazımovun fins.az portalına müsahibəsində “Nar”-ın brendində və şüarında dəyişiklik etməsinin məqsədi, müştərilərə vədləri, yenilənmiş brenddən abunəçilərin gözləntiləri, eyni zamanda rəqabət mühitində “Nar”-ın bazardakı mövqeyi, güclü tərəfləri, “Nar”-ın gələcək planları və hədəfləri barədə ərtaflı məlumat əldə etmək olar. Müsahibənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: http://fins.az/musahibe/960767/nar-uchun-esas-prioritet-musteri-memnunlugu-ve-loyalligidir.html


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam