Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Qarabağ əlilinin evlə bağlı şikayətinə rəsmi cavab

    

Qarabağ əlilinin evlə bağlı şikayətinə rəsmi cavab
Bəzi saytlarda Ucar rayonu, Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlunun ev növbəsinin yerinin dəyişdirilməsi ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılıb.
Yenixeber.org: Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb. 

Bildirilib ki, bir müddət öncə vətəndaşın şikayətinin araşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşları Ş.Qasımovun mənzil şəraiti ilə tanış olublar. Eyni zamanda vətəndaşa mənzil növbəliliyi ilə bağlı bütün zəruri məlumatlar verilib. Ona fərdi yaşayış evi növbəsinin çatacağı vaxta qədər ev şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərilməsi təklifi edilməsinə baxmayaraq, vətəndaş bundan imtina edib.

Qasımov Şöhrət Mülkədar oğlu fərdi yaşayış evi tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə dayanan Qarabağ müharibəsi əlillərinin siyahısında 04.05.2011-ci il tarixindən qeydiyyatdadır. Amma onun iddiasına görə, fərdi evlə təmin edilmiş Rafiq və Ruslan ondan sonra ev növbəsinə dayanıblar. Əslində isə Tağıyev Rafiq Bahadur oğlu 01.06.2007-ci il tarixdən və Cəfərov Ruslan Beykəs oğlu isə 24.11.2008-ci il tarixdən fərdi ev növbəsinə dayanıb və növbəyə uyğun olaraq evlə təmin olunublar.

Şöhrət Qasımov da daxil olmaqla, ev növbəsində olan digər Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı məsələsi dövlətin diqqətindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam