Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəbər saytından maraqlı yenilik:Fiziki məhdudiyyətli insanlar işləyəcək

    

Xəbər saytından maraqlı yenilik: Fiziki məhdudiyyətli insanlar işləyəcək
Faktor.az xəbər portalı fəaliyyətində yeni mərhələyə başlayıb. 2016-cı ildə “Faktor Azərbaycan MMC”nin tərkibində fəaliyyətə başlayan Faktor.az qarşısına xəbər missiyası ilə yanaşı, dövlətin sosial sahədə həyata keçirdiyi siyasətə dəstək olmaq üçünə fərqli bir məqsəd də qoyub.
Yenixeber.org: Bu gündən etibarən saytın kollektivinin əsas hissəsi fiziki məhddiyyətli şəxslər, sığınacaqda məskunlaşanlar, kimsəsiz uşaqlar evindən yaş məhdudiyyətinə görə çıxmağa məcbur qalan istedadlı şəxslər olacaq.

Onlara müxbirlik, tərcüməçilik, redaktə, korrektə, montaj işləri, fotoqraflıq, operatorluq, videoblogerlik, SMM kimi sahələr öyrədiləcək. Bu müddət ərzində isə maaşla təmin ediləcəklər.

Azərbaycanda 624 min əlil yaşayır, bu da əhalinin 6,3 faizi deməkdir. Amma onların cəmi 32,5 faizi işləyir. Onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiəsi Fondu vasitəsilə 82 milyon manat ödənilir.

Faktor.az-ın daha bir məqsədi bu təcrübəni böyüdüb, bütün ölkədə tətbiq etməkdir ki, bununla da dövlətin bu sahədəki fəaliyyətinə ciddi şəkildə dəstək veriləcək.

Məlumat üçün bildirək ki, “Faktor Azərbaycan” MMC-nin tərkibində faktorSMM xidməti, AQAT Channel və faktor.az yutub kanalları, eləcə də faktor.az xəbər saytı fəaliyyət göstərir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam