Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı Şəhər Baş Polis İdarəsində Aşura müşavirəsi

 

Bakı polisi və Dini Komitə birgə toplantı keçirdi, general Səhlab Bağırov Məhərrəmlik ayında asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib

Yenixeber.org: Ötən sayımızda QMİ-nin Məhərrəm ayının başlaması ilə bağlı toplantısında və Qazılar Şurasının fətvasında Aşura günü təxribat ehtimalı barədə xəbərdarlıq edildiyini yazmışdıq. Həm Şeyxülislam, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Aşura günü təxribatların ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu il sentyabrın 11-də Məhərrəm ayı başlayır, Aşur ağunu isə müvafiq olaraq sentyabrın 20-də qeyd olunacaq. Sentyabrın 6-da isə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib. Toplantıda DQİDK sədrinin müavini Səyavuş Heydərov, həmçinin BŞBPİ rəhbərliyi iştirak edib. DQİDK-dən verilən məlumatda bildirilir ki, tədbirdə Azərbaycandakı dini durum, bu sahədə baş verən proseslər, tendensiyalar, o cümlədən bəzi xarici ölkələr, onların nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub.

Virtualaz.org-un məlumatına görə, S.Heydərov çıxış edərək bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.

Sədr müavini onu da deyib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda ictimai-siyasi asayışın daha mükəmməl təminatı üçün olduqca mühümdür.

ÐоÑожее изобÑажение

S.Heydərov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat verib. Natiq bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər qurumlar, o cümlədən hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın sədr müavini dini radikalizmlə mübarizədə preventiv (qabaqlayıcı), zəruri hallarda isə proflaktik tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. S.Heydərov onu da qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların rebilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov çıxış edərək dini radikalizmə qarşı mübarizədə aidiyyəti qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib. S.Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, sentyabrın 5-də DQİDK, QMİ, Lənkəran şəhər və Masallı rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb. Tədbirdə çıxış edən komitə sədri M.Qurbanlı deyib ki, QMİ Qazılar Şurasının “Fətva”sına ciddi riayət olunmalı, dini mərasimlər yalnız məscidlərdə keçirilməlidir.

Bundan əvvəlki toplantılarda da builki Məhərrəmlik məclislərində təxribat ehtimalları barədə xəbərdarlıq edilib. Həm QMİ sədri, həm də komitə rəhbərliyi bu barədə xəbərdarlıq ediblər. Doğrudur, ölkədə hazırda ən kütləvi tədbir hesab olunan Aşura günü polis və müvafiq strukturlar gücləndirilmiş iş rejimində çalışır. Ancaq builki xəbərdarlıqların daha ardıcıl olması istər-istəməz iyul ayında Gəncədə baş verən hadisələr və onun ardınca baş verənləri yada salır. Lakin söhbət etdiyimiz ekspertlər bu il Aşura günlərində hansısa çağırış və ya etiraz çıxışlarının olacağı ilə bağlı bir məlumata rast gəlmədiklərini deyirlər. Bütün variantlarda dövlət qurumlarının və dini idarənin Aşura mərasimlərinə bu qədər həssaslığı istər-istəməz diqqət cəlb edir. Hər bir halda, bu ərəfədə xüsusi ayıq-sayıqlıq və gücləndirilmiş rejimin tətbiqi məqsəduyğundur.(müsavat)  

Kənan RÖVŞƏNOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam