Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

46 qızı zorlamaqda ittiham olunan “Falçı” sərbəst buraxıldı

 

 

Falçılıq adı ilə 46 qızı zorladığı iddia olunan və özünü Mirseymur kimi tanıdan Ramil Talıbov ötən axşam sərbəst buraxılıb

 

Yenixeber.org: Bu barədə R.Talıbovun özü “musavat.com”a açıqlamasında bildirib: “Mən “içəridən” dünən saat 9-da çıxmışam. O qızlara görə mənə 1 sutka vermişdilər. Hazırda nəzarət altındayam. El gözü tərəzidir, gördülər ki, günahım yoxdur. Qanun-qayda var, biz kimik ki? Mən sadəcə fəhlə insanam”.

Ramil Talıbov zorlanma qalmaqalı ilə bağlı intihar etmək istədiyini də deyib:  “Özümü asıb öldürmək istəyirdim. Nə olsun ki, kişiyəm. Məgər kişiyə xələl gəlmir? Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda anlayışım yoxdur. Qızlardan biri Ə.A-nın rəfiqəsidir. Onu heç tanımıram. Artıq onlar barəsində hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etmişəm”.

Ramil Talıbov haqqında səslənən digər ittihamlara da cavab verib: “Mən əsla falçılıqla məşğul olmamışam, bu haqda heç bir bilgim yoxdur”.

Xatırladaq ki, aprelin 19-da iki tələbə qız mətbuata bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən şəxs “İnstagram” vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub.

Adları açıqlanmayan gənc qızların iddialarında o da yer alır ki, “falçı Mirseymur”un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmışdı.   /A24.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam