Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əbülfəs Qarayev tikinti şirkətlərinə müraciət edib

 

 

 “Biznesmenlərdən və inşaatçılardan artıq dərəcədə xahiş etmək istəyirəm ki, yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar"

 

Yenixeber.org: Bunu mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən “Milli irs mükafatı”nın təqdimetmə mərasimində deyib.

O bildirib ki, insanlar öz əməyi ilə keçmişə hörmətlə yanaşmalıdırlar: "Bəzən tarixi mirasa hörmətsiz yanaşan insanlar olur. Bayram günündə üzümü o insanlara tutub deyirəm ki, yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, siz tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onun dağıdılmasına imkan verməyin. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Həmin tikilən abidələr, ola bilsin ki, 200 il sonra dağıdıla bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam