Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hövsan Yaşayış Kompleksində ilk mənzillər 2019-cu ilin yay aylarında təhvil veriləcək

 

 

Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksində ilk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır

 

Yenixeber.org: Bunu ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev bildirib.

O deyib ki, bu kompleks 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq. Agentliyin İdarə Heyətinin sədri burada 10 min nəfərdən çox insanın yaşamasının gözlənildiyini bildirib.

Qeyd edək ki, Kompleksin tikintisi üçün Agentliyə Hövsan qəsəbəsində 20 hektar torpaq sahəsi ayrılıb. Hövsan Yaşayış Kompleksinin təməli 2017-ci il dekabrın 24-də qoyulub.

S.Nuriyev agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksindən də danışaraq bildirib ki, 29 çoxmənzilli yaşayış binasından ibarət olan Kompleksdə 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır: “Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir”.

Onun sözlərinə görə, Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır: “Dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə Yasamal Yaşayış Kompleksi layihəsi çərçivəsində 3 investisiya müsabiqəsi keçirilib. Müsabiqələrdə qalib gəlmiş şirkətlərlə təşkil olunan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 18 mln. manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının inşasına, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin tikintisinə yönəldiləcək”.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin təməli 2016-cı il dekabrın 24-də qoyulub. Agentliyə Yasamal rayonunda 11,6 hektar topraq sahəsi ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam