Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Azərbaycan Dünya Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik edəcək

 

Azərbaycan Dünya Sağlamlıq Turizmi Təşkilatına rəhbərlik edəcək

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilib

Yenixeber.org:  Antalyada keçirilən "Hestourex" (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçki iclası olub. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib.

Səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçilib.

Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verib, təşkilatın platformasını açıqlayıb.

R.Quliyev jurnalistlərə müsahibəsində bildirib ki, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: "Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək".

Qeyd edək ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam