Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Güclü külək fəsadlar törədib- XƏBƏRDARLIQ - VİDEO

Güclü külək fəsadlar törədib

 

 

Güclü külək paytaxda fəsadlar törədib

 

Yenixeber.org: Güclü külək nəticəsində dəmir parçası qopub. Başqa bir yerdə külək yol nişanını aşırıb. Bir neçə yerdə isə ağaclar qırılaraq aşıb. Qırılaraq aşan ağaclar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən doğranaraq ərazidən daşınıb.

Qara Qarayev prospekti 58 ünvanında isə ağac elektrik naqilinin üzərinə aşıb.

Gün ərzində ağacların qırılaraq aşması, qəzalı duruma düşməsi ilə əlaqədər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinə xeyli müraciət daxil olub.

Bu arada Təhsil Nazirliyi küləklə bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırıb. Bu gün təhsil müəssisələrində sagirdlərim davamiyyətində də azalmalar müşahidə edilib.

Baki Nəqliyyat Agentliyi isə sərnişinlərə xəbərdarlıq edib. İnsanlara dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları tövsiyə edilir. Həmçinin, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, sərnişinlərdən yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşmələri xahiş edilir.

Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bütün elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarəti gücləndirib. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur.

Hava şəraiti ilə əlaqədar "Azneft" İstehsalat Birliyi də 1000 nəfərdən çox işçini dənizdən təxliyə edib. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb.

Bu arada Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə müraciət edib. Bildirilib ki, şiddətli külək şəraitində açıq havada işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılmalıdır. 

 

Güclü külək fəsadlar törədib - XƏBƏRDARLIQ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam