Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Turizm əhəmiyyətli yolun tikintisindən maraqlı görüntülər -FOTO

 

 Turizm əhəmiyyətli yolun tikintisindən maraqlı görüntülər -

 

 

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 km olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı işlər davam etdirilir

Yenixeber.org: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 m, çiyinlərin eni 2 m, torpaq yatağının eni isə 12 m təşkil edəcək.

Hazırda yol boyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılır. Ardınca optimal-qırmadaş və qum çınqıl qarışıqlarından ibarət normativ qalınlıqqda yeni yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri tam bitəndən sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Bu işlərin yolun 7 m-lik hərəkət hissəsi də nəzərə alınmaqla 170 min kv.m-dən çox ərazidə aparılması nəzərdə tutulub.

 

Layihə üzrə yol boyu uzunluqları 7, 18 və 53 m olan 2 ədəd bir aşırımlı, 1 ədəd isə üç aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Həmçinin, sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.

Sonuncu mərhələdə yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 254 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin, 56 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsini Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin edəcək ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin, yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.
 

Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burda müxtəlif təyinatlı mühəndis qurğularının inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluqları 400 p/m olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 km uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam