Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Böyükşor gölü üzərindən 8 zolaqlı yol çəkilir- VİDEO

Böyükşor gölü üzərindən 8 zolaqlı yol çəkilir

 

 

Bakıda nəqliyyatın sıxlığını azaltmaq üçün daha bir alternativ yol çəkilir

 

Yenixeber.org: Söhbət Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirən yeni yoldan gedir. Həmin yol Böyükşor gölünün üzərindən çəkilir.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən işlər sürətlə aparılır. Həmin yol Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Bu yolun çəkilməsində məqsəd xüsusilə günün pik saatlarında metronun ''Koroğlu'' stansiyası yaxınlığında sıxlığı azaltmaqdır.

8 xətli magistral yolda hazırda yolbərkitmə işləri aparılır.

Yolun uzunluğu 2,7 kilometr olacaq.

Yol tam olaraq bu ilin sonu gələn ilin əvvəlinə kimi istifadəyə veriləcək. Bununla da Ziya Bünyadov prospektindən Balaxanı qəsəbəsində getmək təxminən 10 kilometrə qədər qısalacaq.

 

Böyükşor gölü üzərindən 8 zolaqlı yol çəkilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam