Yenixeber.org: Səudiyyə Ərəbistanında ötən günlərdə vəliəhd Məhəmməd İbin Salmanın qara çadra barədə açıqlamasından sonra ölkədə qadınlar başlarını açıb.
Xarici media xəbər verir ki, vəliəhd şahzadə qara çadranın məcburi olmadığını, qadınların sadəcə ədəbli geyinmələrinin vacibliyini dilə gətirmişdi.
Bu qərardan sonra Ciddə şəhərində təşkil edilən cizgi roman festivalında iştirak edən qadınların geyimində ciddi dəyişikliklər müşahidə edilib.
Festivala qatılan xanımlar müasir geyimləri ilə diqqəti çəkib, onlardan bəziləri baş örtüsündən tamamilə imtina ediblər.(qaynarinfo)
Gülşən