Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dini rəhbər, yoxsa “siqaret patriarxı”-“KQB-nin Mixaylov kod adlı agentidir”

 

kiril-sheyx-gorush-81504889532Yenixeber.org: Bolqarıstan baş nazirinin müavini Valeriy Simeonov BNT telekanalına müsahibəsi zamanı Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli “siqaret patriarxı” və “KQB-nin ikinci dərəcəli agenti”adlandırıb. Simeonov bildirib ki, Moskvanın və bütün Rusiyanın patriarxı ünvanını daşıyan Vladimir Qundyayevdən (patriarx Kirillin əsl adı) üzr istəmək niyyətində deyil. “Bu adam göydən düşməyib, Cənnətdən gəlməyib və Həzrəti İsanın göndərdiyi adam deyil. O rusiyanın siqaret patriarxı kimi tanınır”. Baş nazirin müavini sözlərinin təsdiqi kimi bəyan edib ki, Vladimir Qundyayev (patriarx Kirill) 1996-cı ildən bu günə kimi Rusiyaya 14 milyard dollarlıq siqaret və 4 milyard dollarlıq şərabı aksiz ödəmədən idxal edib. Həm də bu 4 milyard dollarlıq şərab guya kilsənin ehtiyacları üçün idxal edib. “Bu şəxsin özəl təyyarəsi var. Onun saatının qiyməti 30 min dollardır”.

Bolqar siyasətçi daha sonra bildirib ki, Vladimir Qundyayev din xadimi deyil, KQB-nin Mixaylov kod adlı ikinci dərəcəli agentidir.
Rəsmən özünü Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli adlandıran bu şəxs haqqında Rusiya müxalifətinin önəmli simaları Vladimir Qundyayev deyə bəhs edir, onun çox böyük sərvət sahibi olduğunu iddia edirdilər. İndi isə onu siqaret patriarxı və KQB-nin ikinci dərəcəli agenti adlandırdılar. Rusiya müxalifətinin lideri Aleksey Navalnı araşdırmalarının birində bu şəxsin özəl gəmisini üzə çıxarşışdı. İndi isə şəxsi təyyarəyə malik olduğu iddia edilir(azadlıq.info).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam