Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycanda uşaqlara seriallardakı adların qoyulması halları artıb"

 

 

Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb

 

Yenixeber.org: Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, son dövrlərdə uşaqlara Türkiyə türkcəsindən alınmış adlar çox verilir. Lakin bu adlar verilərkən Azərbaycan ədəbi dilinin normalarına riayət edilir:

"Türkiyə türkcəsində "e" ilə yazılan adlar bizdə "ə" ilə yazılır. Məsələn, Əsma adı son dövrlərdə qız uşaqlarına çox qoyulur. Oğlan uşaqlarına da Sinan, Kamran, Səmral və s. adlar çox qoyulur".

S.Sadıqova qeyd edib ki, ümumilikdə son dövrlərdə uşaqlara daha çox türk mənşəli adların qoyulmasına maraq artıb:

"Azərbaycan abidələrində işlənən adlara da maraq artıb. Amma əvvəllər qoyulan Qızbacı, Xanbacı, Balacaxanım, Xırdaxanım adlarını artıq heç kəs qoymur. Bu adlar əvvəllər daha çox qoyulan adlar olsa da, 2010-ci ildən sonra bu adlar uşaqlara verilməyib. Ancaq seraillardakı adlara meyil artıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam