Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda bahalı avtomobillərin qiyməti 1 milyon manata qədər yüksəlir

 

 

Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir

 

Yenixeber.org: Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Ekspertin sözlərinə görə, qiyməti 15-40 min manat arası olan avtomobillərə də tələb var, ancaq 40 min manatdan baha avtomobillərə tələb aşağı səviyyədədir.

R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir: "Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır".

Bahalı avtomobillərə gəlincə isə R.Osmanlı bildirib ki, Azərbaycanda qiyməti kifayət qədər yüksək olan müxtəlif markalı avtomobillər mövcuddur. Ekspertin sözlərinə görə, bu cür bahalı avtomobillərin qiyməti hətta bir milyon manata qədər yüksəlir.

R.Osmanlı qeyd edib ki, belə avtomobillər xüsusi sifarişlərlə gətirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam