Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu

 

 

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumu tətbiq olunacaq

 

Yenixeber.org: Bununla bağlı Milli Məclis bu gün keçirilən iclasda "Dövlət rüsumları haqqında" qanuna dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat;
- 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat;
- 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat.

Hazırkı qanunvericiliyə əsasən 15 yaşdan aşağı şəxslər şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün dövlət rüsumundan azaddır.

Qeyd edək ki, 15 yaşdan yuxarı şəxslər üçün bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir. Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olunmayacaq.

Dəyişikliklər qəbul olunacağı təqdirdə 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam