Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bura Bakı-Sumqayıt yoludur- Mikro avtobus saatda 130-140 km sürətlə hərəkət edir - VİDEO

Bura Bakı-Sumqayıt yoludur

 

 

 

Bakı-Sumqayıt yolunda sərnişin daşıyan bir mikroavtobusun sürət həddini aşması başqa avtomobilın sürücüsü tərəfindən lentə alınıb. Sürücü, yolda 110 sürət həddi müəyyən edildiyi halda, içi sərnişinlə dolu nəqliyyat vasitəsini saatda 130 və ya 140-km sürətlə idarə edir. Aiddiyyatı qurumlar isə həmin sürücünün qanunsuz fəaliyyət göstərdiyini və həmin şəxs barəsində ciddi tədbir görəcəklərini bildirib

 

Yenixeber.org: Saatda 130-140 km sürətlə gedən mikro avtobusu arxada gedən başqa bir sürücü lentə alıb. Görüntülərdən aydın olurki, yolda sürət həddi 110 km müəyyən edildiyi halda sərnişin aparan sürücü sürəti həddən artıq qaldırıb.

Görüntülər Bakı-Sumqayıt magistralında lentə alınıb. Araşdırmalarımız zamanı məlum olub ki, sürət həddini aşan sürücü hər gün qanunsuz olaraq Sumqayıtdan Bakıya sərnişin daşıyır.

Əməkdaşlarımız həmin sürücünü də tapıb. 50 CH 116 dövlət nömrə nişanlı Ford Markalı avtomobilin sürücüsü, əli haqverdiyev sürət həddini aşmasının yalan oldugunu deyir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsinin rəisi Əhməd Rüstəmov, bildirir ki, bü cür mikroavtobuslara qarşı mütəmadi reydlər təşkil edilir. Onlar şəhərin müxtəlif ərazilərindən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərirlər.

Xatırladaq ki, ötən ilin mart ayında eyni yolda qanunsuz sərnişin daşıyan mikroavtobusun qəza etməsi səbəbindən 6 nəfər ölmüş, 20 nəfər də yaralanmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam