Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İçərişəhərdə monitorinq aparılacaq///yer adlarının, reklamların dili ilə bağlı

 

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən yer, kafe adlarında, reklamlarda olan dil qüsurlarının monitorinqi aparılacaq

 

Yenixeber.org: Bu barədə açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Dilçilik İnstitutu bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edib. 

S.Əliyeva bildirib ki, Bakıya gələn turistlər ilk olaraq şəhərin görkəmli yerlərindən biri olan İçərişəhəri gəzirlər: “Biz də dilçi olaraq İçərişəhərdə də Azərbaycan dilindəki yazıların qaydasında olmasını istəyirik. Bu səbəbdən ərazidəki Azərbaycan dilindəki yazıların düzgün yazılışına nəzarət edəcəyik. Qanunvericiliyə görə, reklamların yazılışı zamanı xarici dildə olan hissə Azərbaycan dilində olan hissədən kiçik olmalıdır, ancaq bu qayda çox vaxt gözlənilmir”.

Şöbə müdiri vurğulayıb ki, 2018-ci ildə bir neçə bölgədə və Bakının iki rayonunda dil qüsurları ilə bağlı monitorinqlərin aparılması da nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam