Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bakının bu bölgəsi ilə bağlı daha bir qərar– Mühüm imkan

Bakının bu bölgəsi ilə bağlı daha bir qərar

 

 

Ələtdə Azad İqtisadi Zonanın formalaşdırılması Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və beynəlxalq yükdaşımaların təşkil edilməsi baxımından çox vacib elementlərdən və islahatlardan biridir

 

Yenixeber.org: Bu sözləri açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, Ələtdə Azad İqtisadi Zonanın formalaşdırılması investisiyanın cəlb edilməsi baxımından vacibdir:

“Bu həm də mal və xidmətlərin ölkədən ixracatına və nəqlinə də təsir göstərəcək. Ələtdə formalaşdırılacaq zonanın digər azad iqtisadi zonalardan əsas fərqi isə bu zona ilə bağlı ayrıca bir qanunun qəbul edilməsidir. Artıq bununla bağlı işçi qrupu və qanun layihəsi hazırdır. Zonanın fəaliyyəti ayrıca bir qanunla tənzimlənəcək. Bu da imkan verəcək ki, zonadaxili bütün məsələlər qanun çərçivəsində həll edilsin. Bu, investorların hüquqlarının qorunması baxımından da vacibdir. Digər tərəfdən, xüsusi bir qanunun qəbul edilməsi ilə bu sahəyə daha çox investisiyanı cəlb etmək mümkün olacaq”.

Ekspert qeyd edib ki, burada əsas hədəflərdən biri bu zonada ticarət və yükdaşımaların təşkil edilməsi ilə yanaşı, həm də istehsalın həyata keçirilməsidir:

“Artıq xarici investorlarla bu istiqamətdə danışıqlar aparılır. Nəticədə zona həm də istehsalı təşkil edilmiş məhsulların ixracatına da imkan yaradacaq. Bu zona qeyri-neft sektorunun istehsalının və ixracatının təşkil və təşviq edilməsinə imkan verəcək. Güman olunur ki, zonanın yaradılması daha çox məhsullarımızın xarici bazara çıxarılmasına zəmin yaradacaq. Qanun qəbul edildikdən sonra zonanın tam aktiv fəaliyyətə keçəcəyini deyə bilərik”.

Qeyd edək ki, “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsində Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib. Belə ki, Azad Zonanın səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqil və öz büdcəsini təsdiq etmək hüququna malik olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam