Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəkələmə tam müalicə olunurmu? –LOQOPEDDƏN VACİB QEYDLƏR

 

Yenixeber.org loqoped Bəsirə Pənciyevanın kəkələmə haqda məqaləsini təqdim edirik.

 

Kəkələmə nitqin rəvanlığına, axıcılığına təsir göstərir. Uşaqlıq dövründən başlayır, bəzən ömür boyu davam edir. Bu problem səslərin istehsalında pozuntularla xarakterizə olunur. Bəziləri yeni sözlər yaradırlar. Bu, ya sözlərin təkrarlanması, ya da sözlərin əvvəlinə “ummm” , “immm” kimi artırmalarla xarakterizə olunur.

 

Kəkələmənin əlaməti nədir?

 

Söz birləşməsi və cümlələrdə sözlərin tez-tez təkrarlanması, uzadılması və ya həmçinin, sözlərdə səslərin uzadılmasını ehtiva edir. Bu əlamətlər ümumi əhali içərisində daha çox kəkələyən şəxslərdə müşahidə olunur. Kəkələyən şəxslər danışanda çox gərgin olurlar. Belə şəxslər danışarkən nəfəsləri çatmadığından danışıqları dayana və ya bağlana bilər. Danışarkən sözləri deməyə cəhd edirlər, lakin yalnız bir neçə saniyədən sonra demək istədikləri sözü tamamlaya bilirlər.

 

Bir çox hallarda kəkələmə problemi kəkələyən şəxslərin sosial fəaliyyətlərinə təsir göstərir. Bəzən ünsiyyət çətinlikləri belə şəxslərin yalnız xüsusi fəaliyyətlərində baş verir. Məsələn, telefonda danışarkən və ya böyük qruplar qarşısında çıxış edərkən kəkələyirlər.  Bundan başqa, əksər kəkələyən şəxslər evdə, məktəbdə və ya işdə bir sıra fəaliyyətlərdə çətinliklər yaşayırlar. Ona görə də hətta bəzi sosial fəaliyyətlərini məhdudlaşdırırlar. Çünki ətrafın onlara qarşı mənfi reaksiyasından narahatlıq keçirirlər.

 

Kəkələmə diaqnoznecə qoyulur?

 

3 yaşına kimi uşaqların valideynləri müraciət edəndə birinci məsləhət ilkin qiymətləndirmə - MÜŞAHİDƏ olur. Yəni uşaq nə qədər müddətdir kəkələyir? Əgər cavab 3 aydan az bir müddətdirsə, uşağın təlimə gəlməsi məsləhət görülmür. Bu halın yenə də davam ediləcəyini yoxlamaq üçün valideynin müşahidəsinə buraxılır. Çünki uşağın bu yaş dövrlərində nitqi senzitiv xarakter daşıyır. Ətrafından və ya baxdığı cizgi filmdən qaynaqlanan keçici hal ola bilir. Qiymətləndirmə zamanı;

 

- Ailədə kəkələyən şəxsin olub-olmaması

 

- Digər bir nitq problemi faktorunun olub-olmaması

 

- Ailədə xüsusi narahatlıq və qorxunun yaşayıb-yaşanılmaması və ya bunu yaradacaq situasiyanın olub-olmaması. Əgər varsa, uşaqda nitqin inkişafına nail olmaq üçün belə situasiyanın korreksiyası tövsiyə edilir.

Və onu da qeyd edim ki, kəkələmənin dəqiq olaraq ömür boyu davam edəcəyini heç bir faktorla deyə bilmərik, yaxud da tam korreksiyasını, həmçinin korreksiyadan sonra yenidən yaşanılacağını. Çünki bu, qripə və ya boğaz ağrısına bənzəyir. Necə ki, özümüzü soyuğa verdikdə yenidən qrip ola və ya boğazımız ağrıya bilir. Kəkələmə də müəyyən situasiya ilə geri qayıda bilər. Belə şəxslər, xüsusilə, böyüdükcə özlərini korreksiya edə bilərlər. Özlərinə qarşı diqqət nəticəsində problemin geri qayıtma şansı sıfıra enə bilər.

 

- Fərdi, individual olaraq kəkələyən şəxsə daha rəvanlı nitq üçün kömək göstərilməsi

 

- Effektiv ünsiyyət qurmaq və həyat fəaliyyətlərində mümkün dərəcədə iştirak etmək

 

Bəs kəkələmədə hansı müalicə üsulları mövcuddur?

 

Kəkələyən şəxslər üçün effektiv müalicə davranış üzərinədir. Bu metodla gündəlik fəaliyyətlərində istifadə edə biləcəyi bacarıqları öyrətməkdir. Bu, kömək edir, kəkələyən şəxslərə kəkələdikləri zaman istifadə etdikləri hərəkətləri digər müsbət davranışla əvəzləyə bilir. Bundan əlavə, düzgün tənəffüs bacarıqları öyrədilir. Nəfəs aktı daha doğru tənzimlənilir və bir az daha yavaş, daha az gərgin olaraq danışmağa başlayırlar. Beləliklə, nəfəs alma aktlarına nəzarət edə bilirlər. Normal nitqdən daha yavaş tonda danışmağa başlayırlar. Bu zaman valideynlərdə nitqin aşağı tonda qalması ilə bağlı narahatlıq yaranır. Lakin zamanla nitqin tonu normal səviyyəyə gələ bilir. Yenə də bu, kəkələyən şəxsin öz üzərində işləməsi və nəzarətindən asılıdır.

 

Kəkələyən şəxslə yaxşı ünsiyyət qurmaq üçün nə edə bilərəm?

 

Çox vaxt insanlar kəkələyən şəxslə danışarkən necə davranacaqlarını bilmirlər. Bu bilgisizlik insanların (xüsusilə də yaxın şəxslərin) kəkələyən şəxsə qarşı onun sözünü kəsmək, öz sözlərinə davam etmək kimi hərəkətlərə yol aça bilir. Həmçinin, tez-tez “nəfəs al”, “rahatla”, “yavaşla”, “yavaş danış”, - deyərək üzərində basqını artırmış olursunuz. Və bu reaksiyaların heç biri kəkələyən şəxsə faydalı deyil. Çünki kəkələyən şəxslər də digər normal şəxslər kimi olmaq istəyirlər. Onlar nitqlərinin fərqindədirlər. Hər hansı kəkələyən şəxsə sual versək, anlayarıq ki, onlar da kəkələmək istəməzlər. İstəyərlər ki, normal insanlar kimi danışsınlar. Bu, qeyri-ixtiyari olaraq baş verir.

 

Kəkələyən şəxsi dinləyəndə səbrli olmalıyıq. Onları dinləməmək, nitqlərini kəsmək, faydalı deyildir. Bu, əksinə, onları sıxır. Kəkələyən şəxslə danışarkən onu səbrlə dinləməli və ehtiyac duyduqları an nə demək istədiklərini onlara deyərək, təkrar etmələrinə köməklik göstərməklə yardım edə bilərsiniz. Məsələn, su istəyir, “ssssssu iiiiiiistəyirəm” demək istədikləri vaxt bu cümləni yenə təkrarlaması, cümləni doğru deməsi üçün ona kömək edin. Bunun üçün zaman ayırın. Bu şəkildə yanaşsaq, kəkələyən şəxsin nitqinin yaxşılaşmasına kömək etmiş oluruq.

 

Kəkələyən şəxslə işləyərkən hər biri üçün istifadə edilən üsul fərqli olacaq. Bəzi böyük yaşlı kəkələyənlərlə danışmaq terapiya müddətində rahatdır, bəzilərilə isə çətin. Çünki  kəkələyən şəxslərin bəziləri kəkələyən zaman hansı hisslər keçirtdiklərini bəyan edirlər, danışırlar, bəziləri isə yox. Ən yaxşısı isə budur ki, kəkələyən şəxslə ünsiyyətdə olduğunuz zaman kəkələdiyini hiss etdiyinizdə ona sual verin. Kəkələdiyini hiss etdim, bu zaman sənə necə davranmağımı istəyərsən? deyə sual verin. Yəni bu şəkildə yanaşma ilə onun istədiyi şəkildə ünsiyyətə dəvət etmək ən optimal yoldur.  Çünki bu halda onlar da danışmaqdan çəkinməyəcəklər, özlərini şəxsiyyət kimi hiss edəcəklər. Bununla da nitqlərindəki gərginliyin azalmasında, mühüm iş görmüş olacaqsınız. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam