Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Alpinistlər ən təhlükəli marşrutla gedib”- Açıqlama

 

“Alpinistlər ən təhlükəli marşrutla gedib”

 

“Mən yay aylarında həmin marşrut üzrə hərəkət etmişəm. Qışda həmin marşrutu getmək məqsədəuyğun deyil”

Yenixeber.org: Bunu açıqlamasında təcrübəli alpinist Firuz Dadaşov həmkarlarının itkin düşməsindən danışarkən deyib. O bildirib ki, həmin marşrut xətti onların təcrübəsinə uyğun deyildi: “Fəridə Cəbrayılzadənin dağlarda ümumiyyətlə təcrübəsi azdır. O cümlədən Babur Hüseynovun da. Aralarında Namin Bünyatov onlardan təcrübəlidir.  Həmin istiqamətdə 3 zirvə var. Ən hündürü “Tufan” zirvəsidir. Məsləhətçilərinin dediyinə görə, ən çətin xətt olan 3 B marşrutu üzrə hərəkət ediblər. Qışda ora gedən adam diqqətli olmalıdır.  Birinci təhlükə  qar uçqunun olmasıdır.  Sonra  o dağda çatlar və çox möhkəm buz qatı olur. Əgər lazımı ləvazimatlar yoxdursa o buzla getmək çətindir. Donvurma da ola bilər.  Ora şimal tərəfdir. Gün şüalarının az düşdüyü yerdir.

Mən indi xaricdəyəm. Əgər orda olsaydım, axtarışlarda iştirak edərdim. Çünki o marşrutu yaxşı bilirəm”. (qafqazinfo)

Günel Türksoy

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam