Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Çökdüyü xəbəri yayılan tanınmış bankdan-AÇIQLAMA



 

Azərbaycanda daha bir bankın əmanət qəbulunu və kredit verilməsinin dayandırılması barədə xəbər yayılmışdı.

Yenixeber.org: Bildirilirdi ki, hazırda Azərbaycanda ən pis kapital göstəricisinə sahib olan “DəmirBank”dır. Xəbərə görə, bank artıq 5 aydır ki, əmanət qəbul etmir. Bir ay əvvəl isə kredit verməyi də dayandırıb. Başqa sözlə, artıq bir aydır ki, bank öz fəaliyyəti ilə bağlı əsas əməliyyatları dayandırsa da, indiyədək bu vəziyyəti ictimaiyyətdən gizli saxlaya bilib.

Buna da bax: Daha bir bank çökdü – Əməliyyatlar dayandırıldı

“DəmirBank”dan PressClub.Az-a daxil olan məlumatda isə yayılan xəbərlər təkzib edilir:
Qeyd edilir ki, 28 il bank sektorunda uğurlu fəaliyyət göstərən “DəmirBank” hazırkı iqtisadi durum şəraitində kiçik və orta sahibkarlığı, həmçinin fiziki şəxslərin maliyyələşdirilməsini həyata keçirir:
“Belə ki, son 4 ay ərzində Bank tərəfindən 12 milyon AZN həcmində yeni kreditlər verilmişdir. Eyni zamanda DəmirBank filialları vasitəsi ilə bu müddət ərzində 30 milyon AZN həcmində 35 000-dən artıq pul köçürülməsi həyata keçirilib. Bundan əlavə sözügedən müddət ərzində müştərilərə 3000-dək yeni plastik kart verilib. 2018-ci ilə DəmirBank daha sərfəli şərtlər ilə yeni istehlak və biznes kredit məhsullarını hazırlayır və bu istiqamətdə işlər bir müddətdir ki davam etdirilir”.

Məlumatda vurğulanır ki, bankda mövcud stabil vəziyyət və dayanıqlı inkişaf proseslərinin dəstəklənməsi və növbəti illər ərzində də davam etməsi, yarana biləcək bütün təhlükələrin və risklərin qarşısının alınması üçün bank səhmdarları tərəfindən DəmirBank-ın məcmu kapitalının investorlar tərəfindən artırılması planı hazırlanıb və aidiyyəti dövlət orqanlarına təqdim edilib:

“Bununla bağlı maliyyə sektorunun nəzarətçisi kimi çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banka lazımi tövhələr və dəstək göstərilir. Hal-hazırda Bankın istənilən filiallarına yaxınlaşaraq müştərilər müxtəlif bank əməliyyatlarını rahat şəkildə həyata keçirə bilər. Bank hər gün 09:00-dan 17:00-dək, Bankın Mərkəz filialı isə 09:00-dan 00:00-dək bayram və qeyri-iş günləri fəaliyyət göstərir.

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam