Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda bir ilk:Velosiped yolu salınacaq

Bakıda bir ilk:

 

"İndiyə qədər güzəştli mənzil almaq üçün müraciət etmiş 7 mindən çox insanın elektron kabineti yaradılıb. Bu da onların güzəştli mənzil almaq hüququnun təsdiq edildiyini göstərir"

 

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib.

Onun sözlərinə görə, MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində insanların rahat yaşaması üçün bütün infrastruktur qurulacaq.

MİDA rəsmisi onu da qeyd edib ki, tikilən yaşayış kompleksi bir sıra yeniliklərlə də seçiləcək. Belə ki, kompleksin ərazisindəki binaların həyətinə operativ xidmət göstərən qurumların nəqliyyat vasitələri istisna olmaqla, avtomobillərin girişi qadağan olunacaq.

Orada velosiped yollarının olması nəzərdə tutulub. Velosipedlə yanaşı, velosiped dayanacağı da şəhərcik ərazisində quraşdırılacaq: “Ümumilikdə hazırladığımız layihəyə əsasən, şəhərcik ərazisində salınacaq velosiped yolu 1,5 metr enində,  5200 metr uzunluğunda olacaq. 28 piyada keçidi, 5 avtobus dayanacaq məntəqəsi olacaq. İlkin olaraq 4 marşrut xəttinin şəhərcik ərazisindən keçməsi nəzərdə tutulub”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam