Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu rayonda torpaqların elektron kadastr uçotuna başlanıldı

Bu rayonda torpaqların elektron kadastr uçotuna başlanıldı

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasına start verilib

 

Yenixeber.org: Bu barədə Komitədən məlumat verilib.

Bildirilir ki, görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum keçirilib.

Məlumatda qeyd olunur ki, rayonun torpaq ehtiyatlarına, geniş əkin sahələrinə malik olması burada səmərəli istifadəni şərtləndirir. Belə olan halda isə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri Biləsuvarda torpaq ehtiyatlarının idarə edilməsini daha da təkmilləşdirəcək. Bu işlərin nəticəsində Biləsuvarda torpaqların təyinatı və kateqoriyaları dəqiqləşəcək, torpaq mülkiyyətçiliyinin müəyyənləşməsinə imkan verəcək. Həmçinin, istifadəçilər üçün torpaqların yer quruluşu qaydasında dəqiq sərhədləri bəlli olacaq. Bu isə öz növbəsində rayonun torpaq ehtiyatlarının istifadəsindən məqsədli gəlir əldə edilməsinə geniş imkanlar yaradacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam